Abşeronda zəncirvari qəza, sərnişin avtobusu qəzaya uğradı

Abşeron rayonunda zəncirvari yol qəzası baş verib. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə martın 12-də səhər saat 08:30 radələrində baş verib. Hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində baş verib. Saray qəsəbəsindən Bakıya gələn "BMW" markalı avtomobil idarəetməni itirdiyindən qarşıdakı  Sərnişin avtobusuna çırpılıb. Daha sonra "BMW" zərbənin təsirindən qarşı tərəflə hərəkət edən "Mercedes" və "Nissan" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31