Bakıda orta məktəbdə bomba həyəcanı

İyulun 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıb. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31