Uşaq pornosu hazırlayan müəllimə 25 il iş kəsilib

Amerikalı müəllim Erik Tot uşaq pornoqrafiyası hazırladığı üçün 25 il azadlıqdan məhrum edilib.Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, qərarı Vaşinqton federal məhkəməsi çıxarıb.ABŞ-ın Federal Təhqiqat Bürosu Totu 2012-ci ildə beynəlxalq axtarışda olan 10 əsas cinayətkarların siyahısına daxil edib. 2013-cü ildə o, Nikaraquadan ABŞ-a təhvil verilib. 2008-ci ildən E.Tot məhkəmədən qaçır. Nikaraqua onun üçün sonucu sığınacaq yeri olub.İstintaq müəyyən edib ki, o, ABŞ və Cənubi Amerika ölkələrində saxta sənədlərlə yaşayıb. E.Tot dha çox ABŞ-ın Arkanzas və Texas ştatlarındakı məktəblərə işə düzəlməyə səy göstərib.Müttəhim suçunu etiraf edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31