Toydan qayıdan sürücü qəzaya düşdü, ölən və yaralılar var
12 Mart 2014 09:08 KriminalŞamaxıda ölümlə nəticələnən yol qəzası qeydə alnıb. Bakıdan toydan qayıdan avtomobil idarəetməni itirərək dərəyə yuvarlandı.Milli.Az Kanal S-ə istinadən bildirir ki, gecə Bakı-Şamaxı-Yevlax yolunun 132-ci km-də ağır avtomobil qəzası olub. İsmayıllı rayon sakini Yavər adlı şəxsin idarə etdiyi minik avtomobili yoldan çıxaraq dərəyə düşüb.Qəza zamanı avtomobildə olan 5 nəfərdən 1-i, İsmayıllı rayon sakini, 39 yaşlı Ömərov Səbahəddin dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - İsmayıllı rayon sakinləri, 31 yaşlı Qədir Rəsulov, onun anası 58 yaşlı Nazilə Rəsulova müxtəlif bədən xəsarətləri ilə Şamaxı RMX-ya yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin yoluna əks tərəfdən gələn başqa bir avtomobilin çıxması olub. Qəzaya uğrayan avtomobil paytaxt Bakıdan toydan qayıdırmış. Faktla əlaqədar BDYP istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra müəyyən olunacaq.