Qısqanclıq Heybət Qəhrəmanova baha başa gəlib

O, həyat yoldaşını xəstəxanalıq edib

Suraxanı rayon Yeni Günəşli qəsəbəsində bıcaqlanma faktı qeydə alınıb. Hadisə nəticəsində ər arvadını ağır yaralayıb. Bakı Şəhər Baş Polis İdarəsindən "OLAYLAR"-a verilən məlumata görə, Heybət Qəhrəmanov qısqanclıq zəminində həyat yoldaşı Sevda Quliyevaya bıçaqla boyun nahiyyəsindən xəsarət yetirib. S. Quliyeva xəstəxanaya yerləşdirilib. Hadisəni törədən H. Qəhrəmanov isə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31