Corabına həyat yoldaşına telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128; 228.4; 120.2.4; 66.3; 67.1 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Elgül Novruz oğlu Ağamaliyevin yanına uzunmüddətli görüşə gəlmiş anası Səfayə Rəhman qızı Ağamalıyevanın üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı corabında gizlətdiyi 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31