Bakıda 80 min manat saxta pul satan yaxalandı
26 Aprel 2012 15:12 KriminalBakının mərkəzində 80 min manat saxta əskinas satan şəxs ələ keçib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində kirayədə yaşayan Xızı rayon sakini Valentin Stavsev 80.000 manat saxta 100 manatlıq əskinasları 36.000 dollara satarkən yaxalanıb. V.Stavsevin yaşadığı mənzilə baxış zamanı əlavə 51.400 manat saxta 100 manatlıq əskinas aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31