Məhkumun cibindən telefon çıxdı
11 Mart 2014 16:24 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1; 126.1; 180.1; 178.2.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Güman İlyas oğlu Əliyevin üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynindəki gödəkçənin cibindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31