İrandan gələn Azərbaycan vətəndaşından müxtəlif narkotik vasitələr götürülüb
11 Mart 2014 14:58 Kriminalİrandan gələn Azərbaycan vətəndaşından narkotik vasitələr götürülüb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Sərxan Quliyevin üzərində şəxsi yoxlama zamanı ondan dörd ədəd bükümdə narkotik vasitələr - ümumi xalis çəkisi 213,34 qram olan həşiş, xalis çəkisi 29,864 qram olan tiryək, xalis çəkisi 3,268 qram olan heroin və xalis çəkisi 6,197 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31