«Moskva» Univermağının baş direktoru fırıldaqçılıqda günahlandırılır-Cinayət işi 80 cilddə!
27 İyul 2012 13:09 KriminalMoskvanın Qaqarin rayon məhkəməsi "Moskva" Univermağının keçmiş baş direktoru Dmitriy Ulyanistkovo haqqında 2008-ci ildə qaldırılmış istintaq işini məhkəməyə göndərib. Bu barədə "Kommersant" qəzeti yazıb. Keçmiş baş direktor 3 il müddətində ölkəni tərk etməmək cəzası almış, 2011-ci ildə isə bu cəzanı ev dustaqlığı ilə əvəz etmişdilər. Müqəssir bu qərarların dəyişdirilməsi üçün - əsası da o idi ki, Dövlət Dumasına seçkilərdə iştirak edə bilmir, mağaza və stomatoloqa gedə bilmir - dəyişdirməyə çalışırdı. Keçmiş baş direktor fırıldaqçılıqda günahlandırılır. Cinayət işi 80 cilddən ibarətdir. Məsələ burasındadır ki, 2007-ci ildə AS Capital Department Store keçmiş baş direktorla "Moskva" Univermağının 2257 səhmlərinin alış-verişində iştirak etmək üçün müqavilə bağlayıb. "Kommersant" yazır ki, səhmlərin ümumi dəyəri 96 milyon rubl olub. Kampaniya iddia edir ki, bu pullar keçmiş baş direktorun hesabına köçürülüb, amma o səhmləri alıcıya verməyib. ("OİLAYLAR"İA)