Gəncədə qəribə cinayət, oyuncaq tapança ilə soyğunçuluq edildi
11 Mart 2014 13:44 KriminalGəncə şəhərində qəribə oğurluq hadisəsi baş verib. Bu barəıdə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 9-da Gəncə şəhərindəki Atatürk prospektində yerləşən mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Ulduz Rəhimovanı tapançaya oxşar əşya ilə hədələyib xəzinədəki 350 manat pulu aparıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Samux rayon sakini Yadigar Eyvazov saxlanılmış və ondan oyuncaq tapança götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31