Bakıda dava, iki nəfər bıçaqlandı

Bakıda iki nəfər bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın10-da Xəzər rayonu Binə qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini Ramin Məmmədov münaqişə zəminində həmyerlisi Qafur Qurbanova və onun qardaşı Nizamiyə bıçaqla xəsarət yetirib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31