Sərhəddən silah keçirmək cəhdinin qaşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin fevral ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 599 min manatdan çox olan qaçaqmalın qarşısı alınıb. DSX Mətbat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, o cümlədən 3 ədəd pnevmatik tapança və pnevmatik tapança üçün 475 ədəd patron, 1 ədəd qaz tapançası və qaz tapançası üçün 2 ədəd qaz balonu, 1 ədəd gecəgörmə cihazı, 140 ədəd mobil telefon, 2593 qutu siqaret, 5478 ədəd pirotexniki vasitə, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31