Səbaildə sex yanıb

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 25 kv.m olan təmir sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğn nəticəsində sexin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.Sexə bitişik ümumi sahəsi 15 kv.m olan dərzi sexi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31