Bakı şəhər sakininndə tiryək aşkarlandı

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Nizami Həsənovdan 570 qram tiryək götürülmüşdür. Onun kirayəşin yaşadığı Xətai prospektindəki mənzilindən isə 3 kiloqram 200 qram qurudulmuş mariхuana götürülmüşdür.

**

Martın 8-də NZS qəsəbəsi A.Qurban küçəsində naməlum şəхs qəsəbə sakini Fuad Cəbrayılovu yumruqla vuraraq içərisində 520 manat və metro kartı olan pul kisəsini alaraq qaçmışdır. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev tutulmuşdur.  OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31