Bakıda uşaq davasına valideynlər qoşuldu: ölən var
11 Mart 2014 10:42 KriminalBakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın məlumata görə, Binəqədi qəsəbəsində 1960-ci il təvəllüdlü Quliyev Əliağa Hüseyn oğlu qonşusu, 1976-cı il təvəllüdlü Həsənov Xəqani Nadir oğlunu qətlə yetirib. Ə.Quliyev 38 yaşlı qonşusunun ürəyinə bıçaqla bir zərbə endirib. X.Həsənovun həyatını xilas etmək mümkün olmayıb.Lent.az-ın əldə etdiyi digər məlumata görə, hər iki şəxs fərdi yaşayış evində yaşayır və yaxın qonşudurlar. Dünən X.Həsənovun azyaşlı övladı oğlu qonşunun həyətinə keçib və burada Ə.Quliyevin övladı ilə dava edib. dava-dalaşa valideynlər də qoşulub. Elə bu zaman əsəblərinə hakim ola bilməyən 54 yaşlı Ə.Quliyev evdən götürdüyün bıçaqla qonşusuna öldürücü zərbə endirib.Ə.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.