Goranboyda 3, Qəbələdə isə 2 otaqlı ev yanıb
7 Mart 2014 15:57 KriminalGoranboy rayonu, Balakürd kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Otaqlar yanğından mühafizə olunub. Qəbələ şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31