Lökbatanda dünyasını dəyişən qadının ölüm səbəbi bilindi
Nataliya Məmmədovanın dəm qazından zəhərləndiyi məlum olub
7 Mart 2014 15:24 KriminalHadisə Lökbatanda kütləvi zəhərlənmə günü dünyasını dəyişən qadının ölüm səbəbi məlum olub. ANS PRESS-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Lökbatan qəsəbəsində yaşayan Nataliya Məmmədovanın dəm qazından zəhərləndiyi məlum olub.
Qeyd edək ki, martın 5-i 20 radələrində Lökbatanda qazdan kütləvi zəhərlənmə halı olmuşdu. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında hadisə zamanı 115 nəfərin zəhərləndiyi qeyd olunurdu. Həmin gün dünyasını dəyişən Lökbatan qəsəbəsində yaşayan Nataliya Məmmədovanın ölüm səbəbləri ilkin olaraq açıqlanmamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31