Azərbaycanda 4 nəfər dərmandan zəhərlənib
7 Mart 2014 15:07 KriminalÖtən gün Azərbaycanda 4 nəfər dərmandan zəhərlənib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, həmin şəxslərin 3-ü qadın, biri kişidir.
Dərmandan zəhərlənmiş Xəzər rayonu Binə qəsəbə sakini Şəfəq Qəmbərova, Abşeron rayonu Masazır qəsəbə sakini Fidan Quluzadə, Ağcabədi rayon sakini Sevda Qurbanova, Abşeron rayonu Novxanı kənd sakini Qurban Mehdiyev xəstəxanalara yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31