Bakı metrosunda biabırçılıq
7 Mart 2014 14:31 KriminalBakı metrosunda yeniyetmələr əlbəyaxaya çıxdılar. Milli.Az xəbər verir ki, bu gün Bakı metrosunun "İçərişəhər" stansiyasında 16-17 yaşlı gənclər arasında dava düşüb. Qatara minən oğlanlar aralarındakı anlaşılmazlıq ucbatından əlbəyaxaya çıxıblar.
Ətrafdakı insanlar onları sakitləşdirməyə çalışsalar da, dava metronun hüdudunu aşıb. Onlar bayıra çıxaraq münasibətlərini orada aydınlaşdırmağa qərar veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31