Sumqayıtda kütləvi zəhərlənmə baş verib, ölən var

10 nəfər kimyəvi maddədən zəhərləndi

Sumqayıtda emal sexində kütləvi zəhərlənmə olub. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib.  Hadisə aprelin 25-də Sumqayıt şəhəri Poladkonstruksiya Quraşdırma ASC-nin ərazisində baş verib. Meüəssisə ərazisində Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölüb, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31