Azərbaycanda vətəndaşlara qan udduran cinayətkar qrupun daha bir üzvü həbs olundu
Saxlanılan şəxs Göyçay rayon sakini Pərviz Səlimovdur
7 Mart 2014 14:04 KriminalHadisə Göyçayda dəhşətli qətl törədən cinayətkar qrupun bir üzvü də saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Göyçay şəhər sakinləri Xəlil Quliyevi və arvadı Afaqı qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü tutulub. Saxlanılan şəxs Göyçay rayon sakini Pərviz Səlimovdur.
Nicat Mustafayevin, Musa Əhmədovun və P.Səlimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda törətdikləri cinayətlər məlum olub. Meəyyən olub ki, onlar Çayaxarı kənd sakini Seyidbaba Hüseynovla birgə Qızbəs Əliyevanın, Elxan Xəlilovun və Reyhan Bəyalıyevanın evlərindən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayıblar.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov tutulub. Araşdırmalar davam edir.