3 məktəbli qatar altında qaldı
27 İyul 2012 07:05 KriminalMoskvanın Ruzsk rayonunda sürət qatarı 3 məktəblini vurub.Hər 3 məktəbli faciəli çəkildə dünyasını dəyişib."OLAYLAR" "İTAR-TASS"a istinadən xəbər verir ki,regionun hüquq-mühafizə orqanları azyaşlıların ölüm faktı ilə bağlı yoxlamaya başlayıblar.Bədbəxt hadisə dünən Moskva vaxtı ilə saat 22:00 radələrində Belarus istiqamətindəki "Sanatornaya" stansiyasının yaxınlığında baş verib.Sürət qatarı 3 qızı vurub.Qızlar elə hadisə yerindəcə ölüblər.Ölənlərin şəxsiyyəti artıq müəyyənləşdirilib.Hazırda faciə yerində əməliyyat-istintaq qrupu hadisənin səbəb lərini araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31