Bakıda məşhur universitet qarət olundu
7 Mart 2014 10:59 KriminalBakıda tanınmış universitet qarət olunub. Səbail rayonu ərazisində yerləşən Qərb Universitetinin kitabxanasından 3 ədəd kompüter oğurlanıb.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, oğurluğu edən Bakı şəhər sakinləri - Teymur Cəlilov, Murad Hüseynov və Əli Babazadə şübhəli şəxs kimi polis nəzarətinə alınıblar.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31