Bakıda silahlı şəxs saxlanılıb
26 Aprel 2012 15:10 KriminalBakıda silahlı şəxs yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Cəfərov saxlanılıb. Ondan 1 ədəd "AKSU" markalı avtomat, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31