Lənkəran sakinini öldürüb qaçan şəxslər tutulub
6 Mart 2014 16:20 Kriminalİki gün əvvəl Lənkəranda qətl törədən şəxslər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 4-də Lənkəran rayonu Darquba kəndinin ərazisində Vasif Rzayevin uzərində zorakılıq ələmətləri görünməyən meyiti tapılıb. Lakin müayinə zamanı V.Rzayevin sol qabırğasında sınıq aşkar edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Darquba kənd sakinləri Valeh Təhməzov və Sərhəd Cəbiyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31