Qadın alverilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildi
6 Mart 2014 16:16 KriminalBakıda qadın alveri ilə məşğul olan qadınlardan ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşridilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhər sakinləri Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyeva saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31