Bakıda narkoticarətlə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda narkotika alveri ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bçu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elşən Əmirovdan 11,5 qram tiryək götürülüb.

Tədbirlərin davamı olaraq E.Əmirova narkotik vasitəni satmış Bakı şəhər sakini Cavid Xadiyev tutulmuş və ondan 1 kiloqram 590 qram həşiş qətranı, 201,748 qram tiryək və 390 qram marixuana götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31