Bakıda 70 min dolları oğurlayan gürcü qaçarkən yaxalandı

Bakıda külli miqdarda pul oğurlayıb qaçan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ 18-ci PB və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Vüqar Babayevə məxsus avtomobildən 28159 manat və 35000 dolları oğurlamış Gürcüstan vətəndaşı Qela Alquşvili martın 5-də Yevlax rayonu ərazisində "Opel" markalı avtomobili idarə edərkən BDYPİ-nin Yevlax rayonu ərazisindəki postunda saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31