Bakıda zəncirvari qəza, 4 maşın toqquşdu, yaralılar var
6 Mart 2014 16:00 KriminalBakıda gecə saatlarında zəncirvari qəza baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 5-də saat 01 radələrində Binəqədi rayonu 7-ci mikrorayonun ərazisində Bakı şəhər sakinləri Qalib Qurbanovun idarə etdiyi "VAZ-21070", Səkinə Babazadənin idarə etdiyi "Mercedes", Valeh Məmmədovun idarə etdiyi "Renault" və Zərdab rayon sakini Ceyhun Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub. Q.Qurbanova, S.Babazadəyə və onun sərnişini - Biləsuvar rayon sakini Fatimə Cəfərzadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31