Bakı şəhər sakini narkotiklə tutuldu

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Arif Vəliyevdən 400 qram qurudulmuş mariхuana götürülmüşdür. 

**

Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elşən Əmirovdan 11 qramdan artıq tiryək götürülmüşdür. Nərimanov RPİ NMB əməkdaşlarının təхirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni E.Əmirova satan Bakı şəhər sakini Cavid Xadiyev tutulmuşdur. Ondan 1 kiloqram 590 qram həşiş qətranı, 200 qramdan artıq tiryək və 390 qram mariхuana götürülmüşdür.

**

26 dekabr 2013-cü il tariхdə Ə.Rəcəbli küçəsində Natiq adlı şəхs Bakı şəhər sakini Rahim Tağıyevin etibarından sui istifadə edərək 2000 manatını almışdır. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Natiq Qarayev tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31