Şabranda güclü yanğın, xəsarət alan var

Şabran rayonunda güclü yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.  Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31