Sumqayıtlı cibgir qadın Bakıda yaxalandı

Bakıda cibgirliklə məşğul olan daha bir qadın yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart və aprel ayları ərzində Cəmilə Ağamaliyevanın çantasından 2030 manat pulu, Leyla Nurəddinovanın çantasından 240 manat pul və sənədləri, Ülviyyə Kərimovanın çantasından isə 900 manat pul, ümumi dəyəri 350 manat olan 3 ədəd brilyant qaş, şəxsi sənədlər və bankomat kartını oğurlamış Sumqayıt şəhər sakini Aysel Məmmədova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31