Xaçmazda dəhşətli qəza, “Hundai”körpüdən aşdı, sürücü öldü
5 Mart 2014 17:12 KriminalXaçmazda ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən çaya aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 04:50-də başa çatıb.