Məhkumun cibindən həşiş çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 181.2.1; və 234.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Kamran Bəhram oğlu Qafarov etapla Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına daxil olarkən əşyalarına və üzərinə baxış keçirilin. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynində olan gödəkçənin cibindən sellofana bükülmüş, xalis çəkisi 0.241 qram olan narkotik maddə - "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31