Azərbaycanda partlayış: yaralı var

Masallıdakı partlayış nəticəsində yardımçı təsərrüfatın tavanı dağılıb

Ötən gün saat 19 radələrində Masallı rayonunda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Masallı rayonu Təzə Alvadı kənd sakini Şakir Nəsirova məxsus yardımçı təsərrüfatda təbii qazın sızmasından ani partlayış baş verib.  Partlayış nəticəsində yardımçı təsərrüfatın tavanı dağılıb. Hadisə nəticəsində yanıq xəsarəti alan Ş.Nəsirov xəstəxanaya yerləşdirilib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31