Azərbaycanda 100 vəzifəli şəxs korrupsiyaya görə cəzalandırılıb

20 nəfər tutduğu vəzifədən azad edilib, 2 nəfərə digər intizam tədbirləri tətbiq edilib

2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 66 fakt üzrə 100 əməkdaş intizam qaydasında cəzalandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda deyilir. Onların 78-i xidmətdən xaric olunub.
Faktlara görə, 20 nəfər tutduğu vəzifədən azad edilib, 2 nəfərə digər intizam tədbirləri tətbiq edilib.
Ötən il ərzində korrupsiya, süründürməçilik və digər sui-istifadələrlə bağlı bütövlükdə 2939 müraciət daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31