Gəncədə narkotika əməliyyatı keçirildi, narkobaron həbs edildi
5 Mart 2014 13:24 KriminalGəncədə narkotika alverçisi marixuana satarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sabiq Əsgərov 3,13 qram marixuananı satarkən saxlanılıb. Onun evinə baxış zamanı 6 kiloqram 540 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31