Salyanda sabiq məhbus amansızlıqla qətlə yetirildi
5 Mart 2014 12:56 KriminalSalyan rayonunda qətl hadisəsi törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 4-də Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş Aydın Xəlilovun kəsici-deşici alətlə qətlə yetirilmiş meyiti tapılıb. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31