Azərbaycanda dəhşət: 49 yaşlı kişi öldürüldü, sonra isə...
4 Mart 2014 17:58 KriminalAzərbaycanın Salyan rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Qaraçala kəndində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlu bir neçə bıçaq zərbəsi ilə naməlum şəraitdə qətlə yetirilib. Hadisə şahidlərinin bildirdiyinə görə, mərhumla qara rəngli JEEP-də olan naməlum şəxslər arasında mübahisə olub, həmin şəxslər onu bıçaqla vurandan sonra maşından yerə atıblar. Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb.
Salyan rayon Polis Şöbəsində qətli törədənlərin tapılması istiqamətində əməliyyat tədbirləri görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31