Əl-üz yuyanın altından telefon çıxıb
4 Mart 2014 16:47 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Məzahir oğlu Əhədzadənin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı kamerada əl-üz yuyanın altında düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31