Məhkumun kamerasında telefon aşkar edilib
4 Mart 2014 16:46 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1; 234.1; 326.2; 66.3 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sabir Anatolyeviç Babayevin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Sony-Xperia" markalı mobil telefon aparatı, daxilində "GoodLine" GSM operatorunun danışıq kartı olan 1 ədəd "HTC" markalı mobil telefon aparatı, daxilində yaddaş kartı olan 1 (bir) ədəd "Samsunq S-Duos" markalı mobil telefon aparatı və 2 (iki) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.