Hərbi Prokurorluq 3 nəfəri Baş prokurora şikayət etdi

Qanun pozuntusuna görə və nöqsanlara yol vermiş 20 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

Hərbi Prokurorluq tərəfindən aparılan 51 xidməti yoxlamanın nəticələrinə görə, xidməti vəzifəsində qanun pozuntusuna görə və nöqsanlara yol vermiş 20 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Bu məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin 2013-cü il üzrə illik hesabatınada qeyd olub. Hesabatda bildirilib ki, Hərbi Prokurorluq tərəfindən 3 əməkadaş barəsində Baş prokurora təqdimatlar verilib.

Qeyd edək ki, baş Prokurorluq tərəfindən aparılan xidməti yoxlamaların nəticələrinə görə, müxtəlif nöqsan və şatışmazlıqlara yol verdiklərinə görə, 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31