Ağsuda silah-sursat tapıldı

Ağsu rayonunda silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Ağsu RPŞ əməkdaşları tərəfindən Gürcüvan kəndinin ərazisindən 1 ədəd "AKM" və 1 ədəd "AKS" silahları, 1 ədəd tank əleyhinə mərmi,  314 ədəd müxtəlif çaplı patron və 8 ədəd patron darağı tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31