Sabunçuda adam öldürüb qaçan sürücü ələ keçdi
4 Mart 2014 13:55 KriminalSabunçuda piyadanı öldürüb qaçan sürücü tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ və rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Röyal Ələkbərovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Koroğlu Piroğlanov tərəfindən törədilməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31