Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yaydı
3 Mart 2014 15:55 KriminalProkurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilmişdir.
Belə ki, fevalın 18-də Bülbülə qəsəbə sakini Güllərə Qurbanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkar edilmişdir. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutularaq istintaqa cəlb olunmuş, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. OLAYLAR