İki nəfərin daxili orqanından narkotika çıxdı
26 İyul 2012 13:26 KriminalBiləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Abbas Necad Həmid Əsgər oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bu zaman həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) sellofana bükülmüş 1 ədəd bükümdə xalis çəkisi 7,056 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində digər şəxsi yoxlama zamanı da oxşar hadisə qeydə alınıb. Bu dəfə isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elqam Xanbabayevin daxili orqanından (düz bağırsağından) ayrı-ayrılıqda sellofana bükülmüş 24 ədəd bükümdə ümumi xalis çəkisi 75,13 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.