Məhkumum yataq yerindən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3; 234.4.1; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Elşən Ələddin oğlu Yusifovun üzərinə və kamerasına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı yataq yerində gizlədilmiş, daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Oriflame" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31