Mənzildə huşsuz qalmış şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş dəhlizdə, döşəmədə halsız vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verillib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31