3 avtomobil toqquşdu, 2 nəfər dünyasını dəyişdi
3 Mart 2014 12:35 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Opel", "VAZ" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə, nəqliyyat vasitələri ağır deformasiyaya uğrayıb, 2 azyaşlı xəsarət alıb, şəxsiyyətləri məlum olmayan 2 nəfər isə aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış zərərçəkmişləri və cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31